Polşa Belarusu sərhədçiləri atəşə tutmaqda ittiham edib
Polşa Belarusu sərhədçiləri atəşə tutmaqda ittiham edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Məlumata görə, Belarus hərbi formasında üzlərini maska ilə gizlədən şəxslər Polşa sərhədçilərinə atəş açıb və daş atıblar.
İddiaya görə, yeddi nəfərlik qrup əsgərlərin görmə qabiliyyətini məhdudlaşdırmaq üçün fənərlərdən istifadə edib. Hücum edənlər sərhədi keçmədən Belarus ərazisində qalıblar.