Menyu

Məhəmməd bin Salman: Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin müsbət nəticələri olacaq

Məhəmməd bin Salman: Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin müsbət nəticələri olacaq

"Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin digər ölkələrdəki tərəfdaşları və qlobal iqtisadiyyat üçün müsbət təsirləri olacaq".

"Operativ Media" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.

Məlumata görə, Hindistanda rəsmi səfərdə olan bin Salman Hindistanın baş naziri Narendra Modinin də iştirak etdiyi Səudiyyə Ərəbistanı-Hindistan İnvestisiya Forumu çərçivəsində çıxış edib.

Bin Salman iqtisadi dəhlizin yaradılması ilə bağlı imzalanmış anlaşma memorandumunun aylar əvvəl aparılan araşdırmalar nəticəsində ortaya çıxdığını xatırladıb.

Səudiyyə Ərəbistanının vəliəhdi deyib: "İqtisadi dəhliz iqtisadi əlaqələri gücləndirməklə ölkələrimizin ortaq maraqlarına xidmət edəcək. Bu, digər ölkələrdəki tərəfdaşlarımıza və ümumilikdə qlobal iqtisadiyyata müsbət təsir göstərəcək".

Teqlər:

"M\u0259h\u0259mm\u0259d bin Salman: Hindistan-Yax\u0131n \u015e\u0259rq-Avropa d\u0259hlizinin m\u00fcsb\u0259t n\u0259tic\u0259l\u0259ri olacaq"

Əlaqəli Xəbərlər