Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşıb
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2901 nəfər çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin saytında məlumat paylaşılıb.
Məlumata görə, daha çox ölüm halları (1643) Əl-Hauz əyalətində qeydə alınıb. 7,0 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı isə 5530 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.