Menyu

Ərdoğan Liviya Prezident Şurasının sədri ilə görüşüb

Ərdoğan Liviya Prezident Şurasının sədri ilə görüşüb
1 dəq oxu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Menfi ilə telefon danışığı aparıb. Ərdoğan Liviyada baş verən sel fəlakəti ilə əlaqədar Menfiyə başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, Ərdoğan görüş zamanı Liviyada baş verən sel fəlakətindən kədərləndiyini qeyd edərək, tezliklə bütün yaraların sağalmasını arzu edib və həlak olanlar üçün başsağlığı diləyib.

Ərdoğan Türkiyənin fəlakətlə mübarizədə dost və qardaş Liviya xalqının hər zaman yanında olduğunu və yardımların davam edəcəyini bildirib.

Əlaqəli Xəbərlər