Kevin Makkarti Baydenlə bağlı təhqiqat aparılmasını tələb edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti prezident Co Baydenə qarşı səlahiyyətlərindən sui-istifadə ilə bağlı təhqiqatın aparılmasına çağırıb.
"Operativ Media" xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Makkarti Nümayəndələr Palatasındakı respublikaçıların Bayden haqqında "ciddi və etibarlı" iddialar irəli sürdüyünü, impiçment təhqiqatının ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq bölməsinin sədri Ceyms Komer tərəfindən aparılacağını bildirib.
"Mən Nümayəndələr Palatasının Komitəsini prezident Baydenə qarşı səlahiyyətlərindən sui-istifadə etdiyi üçün rəsmi impiçment araşdırması aparmağa çağırıram", - Makkarti qeyd edib.
Diplomat Baydenin vitse-prezident olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə etdiyini, oğlu Hunter Baydenin isə işgüzar münasibətlərdə imtiyazlar əldə etmək üçün atasının vəzifəsindən istifadə etdiyini iddia edib.
Makkarti qeyd edib ki, əldə edilən sübutlar prosesi müəyyən edəcək.