Çində daşqın və torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb
Çinin Yulin şəhərində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
"Operativ Media" xəbər verir ki, ötən həftə Çini vuran “Haikui” qasırğası təsirini davam etdirir.
Quanqsi Çjuanq Muxtar Bölgəsində yerləşən Yulin şəhərində son 3 gündə təsirli olan şiddətli tufan sel və torpaq sürüşməsinə səbəb olub. Küçə və prospektlər su altında qalarkən, 115 yerdə sürüşmə baş verib.
Çin Meteorologiya İdarəsi güclü yağışların bu gün və sabah Quanqsinin cənub və cənub-şərq bölgələrində təsirli olacağı barədə xəbərdarlıq edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net