Liviyada daşqın qurbanlarının sayı 7 minə çatıb
Liviyanın şərqindəki Derna şəhərində daşqınlar nəticəsində həlak olanların sayı 7 minə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Liviya Nümayəndələr Palatasının rəsmi nümayəndəsi Abdulla Blayhak "Əl-Qahera" telekanalına bildirib.
Qeyd edək ki, bazar günü "Daniel" siklonunun səbəb olduğu güclü yağışlar Liviyanın şərqindəki bir sıra şəhər və qəsəbələrdə, o cümlədən Əl-Bayda və Dernada sel və daşqınlara səbəb olub. Güclü yağışlar səbəbindən bölgədə hava limanları və dəniz limanları bağlanıb. Ölkənin şərqindəki Sus və Derna şəhərləri təbii fəlakət zonası elan edilib. Daşqından zərər çəkmiş şəhərlərdə komendant saatı tətbiq edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net