Quterreşdən dünya liderlərinə: Hərəkətə keçmək vaxtıdır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres gələn həftə keçiriləcək BMT Baş Assambleyası ərəfəsində dünya liderlərini razılığa nail olmaq üçün əməli addımlar atmağa və qarşılıqlı güzəştə getməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.
Gələn həftə başlayacaq BMT Baş Assambleyasının 78-ci iclasını “G 193” olaraq xarakterizə edən Quterreş, müzakirə ediləcək əsas məsələlərin Dayanıqlı İnkişaf Məqsədləri, iqlim dəyişikliyi ilə mübarizə, investisiya və maliyyə problemləri, sağlamlıq problemləri və dünyanın müxtəlif yerlərindəki münaqişələr olacağını bildirib.
Baş katib deyib: "Dünya liderlərinə çağırışım çox açıqdır. İkiüzlü davranmaq və ya özümüzü mövqeləndirmək vaxtı deyil. Qərarsız qalmaq və ya çəkinmək vaxtı da deyil. Bir araya gəlib real praktik həllər təklif etmək vaxtıdır. Daha yaxşı sabah üçün güzəştə getmək vaxtıdır".
"Dünya üçün hərəkətə keçməliyik, - o deyib.
Baş Assambleyanın bəşəriyyətin çox ciddi problemlərlə mübarizə apardığı bir vaxtda bir araya gəldiyinə diqqət çəkən Quterreş, "İnsanlar liderlərindən bu xaosa həll yolu tapmasını gözləyirlər", - deyə əlavə edib.