Menyu

Blinken: ABŞ-nin Rusiya və Çinlə rəqabəti köhnə dünya nizamının bitdiyini göstərir

Blinken: ABŞ-nin Rusiya və Çinlə rəqabəti köhnə dünya nizamının bitdiyini göstərir

ABŞ-nin Rusiya və Çinlə geosiyasi rəqabətinin artması soyuq müharibədən sonrakı dünya nizamının sona çatdığını göstərir. 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində çıxışı zamanı deyib.

"İndi qarşılaşdığımız reallıq soyuq müharibədən sonrakı nizamın sınağından daha çətindir. Bu reallıq həmin nizamın sonu deməkdir", - Blinken deyib.

"Onilliklər boyu davam edən müqayisəli geosiyasi sabitlik öz yerini avtoritar dövlətlərlə, revizionist güclərlə artan rəqabətə verib", - Blinken əlavə edib.

ABŞ dövlət katibi bəyan edib ki, Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsi "beynəlxalq nizam üçün ən təcili, kəskin təhdiddir": "Eyni zamanda, Çin uzunmüddətli perspektivdə ən ciddi problemdir, çünki o, təkcə beynəlxalq nizamı dəyişməyə çalışmır, həm də bunun üçün artan iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malikdir. Moskva və Pekin sərhədsiz tərəfdaşlıqları vasitəsilə dünyanı avtokratiyalar üçün daha təhlükəsiz bir yerə çevirmək məqsədilə getdikcə daha çox işləyirlər".

"Beləliklə, biz ABŞ prezidenti Co Baydenin dediyi kimi, dönüş nöqtəsini yaşayırıq. Bir dövr bitir, digəri başlayır. Və indi qəbul etdiyimiz qərarlar onilliklərin gələcəyini formalaşdıracaq", - Amerika xarici siyasət departamentinin rəhbəri bildirib. 

Teqlər:

"Blinken: AB\u015e-nin Rusiya v\u0259 \u00c7inl\u0259 r\u0259qab\u0259ti k\u00f6hn\u0259 d\u00fcnya nizam\u0131n\u0131n bitdiyini g\u00f6st\u0259rir"

Əlaqəli Xəbərlər