Menyu

Türkiyə Energetika Nazirliyi Rusiya ilə qaz qovşağının yaradılmasının təxirə salınması ilə bağlı iddiaları təkzib edib

Nərmin Qocamanlı
Türkiyə Energetika Nazirliyi Rusiya ilə qaz qovşağının yaradılmasının təxirə salınması ilə bağlı iddiaları təkzib edib

Türkiyənin Energetika Nazirliyi Rusiya Federasiyası ilə qaz qovşağı ilə bağlı danışıqların təxirə salınması ilə bağlı iddiaları təkzib edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin energetika naziri Alparslan Bayraktar açıqlama verib.

"Rusiya Türkiyəyə bu qaz ticarət platformasını təklif edəndən sonra zəlzələ oldu, daha sonra, prezident seçkilər oldu. Yəni bir növ pauza yarandı, amma, indi yenidən danışıqlar aparırıq".

Onun sözlərinə görə, layihə Türkiyə üçün prioritet olaraq qalır. Ankara qaz qovşağı ilə birlikdə enerji resurslarının ticarəti üçün əmtəə birjası yaratmağı planlaşdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər