Menyu

KİV: İsrail Suriyada Rusiyanın əsas hava bazalarından birinə hücum edib

KİV: İsrail Suriyada Rusiyanın əsas hava bazalarından birinə hücum edib

İsrail Suriyanın Aralıq dənizindəki Tartus liman şəhərinə hava zərbələri endirib, həmçinin Rusiyanın istifadə etdiyi ölkənin əsas hava bazalarından birinə hücum edib.  

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, bu zərbələr nəticəsində iki suriyalı hərbçi ölüb, altısı isə yaralanıb.

Hava zərbələri həm də cənub-şərq Homs əyalətində, Hammanin cənubundakı hərbi baza və Şuairat hərbi hava limanı yaxınlığında həyata keçirilib. Baza Suriyadakı ən mühüm hava bazalarından biridir və Rusiya tərəfindən üsyançılara qarşı hərbi əməliyyatlarda istifadə edilir.

Rusiya hərbi gəmilərinin yerləşdiyi Aralıq dənizindəki Tartus limanındakı Rusiya hərbi dəniz bazası və əraziyə yaxın olan Rusiyaya məxsus Hmeymim hava bazası da hava hücumları üçün hədəf olub.
 

Teqlər:

"K\u0130V: \u0130srail Suriyada Rusiyan\u0131n \u0259sas hava bazalar\u0131ndan birin\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər