Paşinyan: Biz İrəvanı cinayətkar ünsürlərin hökmranlığından azad etdik
"Biz İrəvan şəhərini cinayətkar ünsürlərin hökmranlığından azad etdik".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvan meriyasının qarşısında mitinqdə çıxışı zamanı deyib.
"2018-ci ildən bəri hökumət Yerevanda sıfırdan 11 yeni məktəb tikib. Sentyabrda 3 yeni məktəb açdıq. Bu gün daha 11 məktəb tikintisinin müxtəlif mərhələlərindədir. İrəvanda 24 uşaq bağçasında təmir işlərinə başlanılıb, onlardan 7-si artıq istifadəyə verilib”, - Paşinyan bildirib.
"2018-ci ilin may ayından bu günə kimi İrəvanda 37 min ailə yeni tikilmiş binalarda ev alıb və buna hökumətin qəbul etdiyi siyasət sayəsində nail olunub", - Paşinyan bildirib.
Teqlər:
"Pa\u015finyan: Biz \u0130r\u0259van\u0131 cinay\u0259tkar \u00fcns\u00fcrl\u0259rin h\u00f6kmranl\u0131\u011f\u0131ndan azad etdik"