İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Şərif Şirəli Fars körfəzində iki neft tankerinin həbs edildiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
"Panama və Tanzaniya bayraqları altında hərəkət edən Stephen və Krone adlı iki neft tankeri qaçaq yanacaq daşıyarkən İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb", - Şirəli bildirib.
Onun sözlərinə görə, tankerlər 1,5 milyon litr qaçaqmal yanacaq daşıyıb: "Ümumilikdə gəmilərdə müxtəlif ölkələrdən olan 37 ekipaj üzvü olub".
Teqlər:
"SEPAH Fars k\u00f6rf\u0259zind\u0259 iki neft tankerini saxlay\u0131b"