Menyu

G7 ölkələri Rusiyadan almaz idxalını qadağan etməyə hazırlaşır

G7 ölkələri Rusiyadan almaz idxalını qadağan etməyə hazırlaşır

Beynəlxalq mətbuatda yer alan xəbərə görə, G7 ölkələri Rusiyadan almaz idxalına qadağa qoymağa hazırlaşır. 

"Operativ Media" xəbər verir ki, qərarın 3 həftə ərzində açıqlaması gözlənilir.

Belə ki, dünya almaz ticarətində birinci yerdə olan Belçikanın təklif etdiyi qadağa planı çərçivəsində qlobal almaz bazarının dəyişəcəyi gözlənilir. Bu çərçivədə xam və cilalanmış almazları sertifikatlaşdırmaq və rus almazlarını təqib etmək üçün ortaq bir sistem tətbiq olunacaq.

G7 ölkələri ilə almaz ticarətində giriş məntəqələri və gömrük nəzarəti mərkəzləşdiriləcək.

Bu bazara yalnız sertifikatlı və Rusiyadan kənar brilyantlar çıxış əldə edəcək. Beləliklə, Rusiyanın almazdan əldə etdiyi gəlir azalacaq.

Rusiya dünyanın ən böyük xam almaz istehsalçısıdır. Rusiyanın almaz ixracından hər il 4 milyard dollar gəlir əldə etdiyi təxmin edilir.

Dünyadakı xam almazların 80 faizindən çoxu Belçikanın Antverpen şəhərində satılır. Almazların 90 faizi Hindistanda emal olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər