Mehmet Şimşək: Türkiyə 2026-cı ildə inkişaf etmiş ölkələr arasında olacaq
"Bu il təxminən 1,1 trilyon dollarlıq bir iqtisadiyyata çevriləcəyik. Türkiyə 2026-cı ildə Dünya Bankının müəyyən etdiyi inkişaf etmiş ölkələr kateqoriyasına girəcək".
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.
"Qlobal artımın növbəti 5 il ərzində orta hesabla 3 faiz civarında olacağı proqnozlaşdırılır. Bu, qismən yüksək inflyasiya ilə mübarizə üçün monetar sərtləşdirməni əks etdirsə də, əslində bir qədər daha struktur əks tədbirləri əks etdirir. Çünki dünya böyük borc içərisindədir və bu, artımı məhdudlaşdırır. İnvestisiyaların nisbətən aşağı tendensiyası var. Məhsuldarlıq aşağıdır. Bütün bunları nəzərə alsaq, bu, artıq artımı məhdudlaşdırır", - nazir əlavə edib.