Ordudan 270 min dollar oğurlayan Ermənistan zabitləri həbs edilib
Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var.
Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə "El" şirkətinin direktoru A.B, "Nor" ictimai təşkilatın rəhbəri və “dasaran.am” saytının təsisçisi Suren Aloyan ilə əlbir olaraq, eləcə də, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları K.P. və A.A.-nın yardımı ilə satınalma sənədlərinə yanlış məlumatlar daxil edərək, dövlətdən 106,3 milyon dram (270 min dollar) oğurluq edib.
Qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Teqlər:
"Ordudan 270 min dollar o\u011furlayan Erm\u0259nistan zabitl\u0259ri h\u0259bs edilib"