http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ərdoğan ABŞ-də rəsmi səfərdədir

17 Sentyabr 2023 , 10:28
Ərdoğan ABŞ-də rəsmi səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq və müxtəlif təmaslar aparmaq üçün ABŞ-nin Nyu-York şəhərinə səfər edib. 

"Operativ Media" xəbər verir ki, Ərdoğanı Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Vaşinqton səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür qarşılayıb.

Prezident Ərdoğan və xanımı Əminə Ərdoğanə Türkiyənin xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun, Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç, AK Partiya sədrinin müavini Binəli Yıldırım, AK Partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.

Rəcəb Tayyib Ərdoğanı Türk Evinin qarşısında coşğulu izdiham qarşılayıb.

Ərdoğan ABŞ-yə səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq və bəzi təmaslar keçirəcək.

Onun BMT Baş Assambleyasında çıxışı planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm

Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm

XƏBƏR LENTİ
  • 12:17

    Qənirə Paşayeva komaya düşüb
    Qənirə Paşayeva komaya düşüb
  • 12:11

    Paşinyan Ermənistanın aid olduğu təhlükəsizlik strukturlarını səmərəsiz adlandırıb.
    Paşinyan Ermənistanın aid olduğu təhlükəsizlik strukturlarını səmərəsiz adlandırıb.
  • 11:53

    Ərdoğan Naxçıvana səfər edəcək 
    Ərdoğan Naxçıvana səfər edəcək 
  • 11:41

    Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"
  • 11:20

    Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub
  • 10:58

    Qubada bir neçə obyekt yanıb
  • 10:43

    Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm
  • 10:28

    Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib
Menyu