Menyu

Moskva və Krıma hücum edilib

Moskva və Krıma hücum edilib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskva və Krım yarımadasına hücum cəhdlərinin qarşısını aldıqlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirlikdən yazılı açıqlama verilib. 

Açıqlamada Kiyevin gecə və səhər saatlarında Rusiya ərazisindəki obyektlərə hücuma cəhd etdiyi bildirilib.

Bildirilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən Krım yarımadasında Moskva vaxtı ilə saat 01:15 radələrində Ukraynaya məxsus 2 PUA, saat 01:45 radələrində isə Moskva vilayətinin İnstrinski rayonu ərazisində 1 PUA məhv edilib.

Açıqlamada, saat 01:45-02:20 arasında Krım yarımadasının şimal-qərb-şərq sahillərində də Ukraynaya məxsus 4 təyyarə tipli PUA-nın vurulduğu bildirilib.

Həmçinin səhər saatlarında Moskva vilayətinin Domodedovo rayonu səmasında bir PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.

Moskva meri Sergey Sobyanin də sosial şəbəkədəki paylaşımında qeyd edib ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında şəhərin İstrinski rayonunda PUA-nın Moskvaya hücumunu dəf edib.

Teqlər:

"Moskva v\u0259 Kr\u0131ma h\u00fccum edilib"

Əlaqəli Xəbərlər