Menyu

Paşinyan Vladimir Putinə məktubunda nələr yazıb? 

Paşinyan Vladimir Putinə məktubunda nələr yazıb? 
1 dəq oxu

"Rusiya prezidenti Vladimir Putinə ünvanladığım məktubda bu il ərzində 7-8 telefon danışığı zamanı verdiyim vəziyyətlə bağlı qiymətləndirməmizi təqdim etdim". 

"Operativ Media" xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 17-də keçirilən mer seçkilərində səs verdikdən sonra deyib.

"Bizim ictimai və işlə bağlı çıxışımızın məzmunu bir-birindən çox da fərqlənmir. İctimaiyyətdə nə deyiriksə, rəsmi məktublarda da eyni şeyi deyirik. Bəli, bəzi şeylər məxfidir, məsələn, o məktublar dərc olunmur, amma siz onların məzmununu bilirsiniz", - Paşinyan qeyd edib.

Əlaqəli Xəbərlər