Menyu

Kəşfiyyat hesabatı: Çeçenistan lideri Kadırovun səhhəti pisdir

Kəşfiyyat hesabatı: Çeçenistan lideri Kadırovun səhhəti pisdir

Rusiya-Ukrayna müharibəsində Vladimir Putinin ən etibarlı adamlarından biri olan Çeçenistan lideri Ramzan Kadırovla bağlı diqqətəlayiq kəşfiyyat hesabatı yayılıb.

"Operativ Media" xəbər verir ki, hesabatı Ukrayna kəşfiyyatı dərc edib.

Belə ki, hesabatda Kadırovun səhhətinin getdikcə pisləşdiyi iddia edilib. Məlumatda Kadırovun komaya düşdüyü və böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Kadırovun tələm-tələsik Moskvadan Çeçenistana aparıldığı və orada müalicə aldığı qeyd edilərkən, xəstəliyinin uzun müddətdir davam etdiyi açıqlanıb. Ukrayna kəşfiyyatının sözçüsü Andrey Yusov qeyd edib: "Kadırovun səhhətinin çox ağır olduğu barədə məlumatlar var. Onun xəstəliyi bir neçə gündür təkrarlanıb, vəziyyəti ağırdır".

Mütəxəssislər Kadırovun son aylarda səhhətində müəyyən problemlər yaşadığına diqqət çəkərək, onun sürətlə kökəldiyini, üzünün şişdiyini vurğulayıb. Kadırovun mart ayında xəstələndiyi və Birləşmiş Ərəb Əmirliklərindən olan həkimlər tərəfindən müalicə olunduğu da iddia edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər