İranda təhlükəsizlik qüvvələrinə hücum olub, ölən və yaralananlar var
İranın Fars əyalətinin Nur-Abad şəhərində İnqilab Keşikçiləri Ordusuna bağlı milis qüvvələrinin (Bəsic) üzvlərinə qarşı silahlı hücum baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, Fars vilayətinin qubernator müavini İsmayıl Gizil Sofla məsələ ilə bağlı açıqlama verib.
Sofla deyib: "Nur-Abad şəhərində 2 nəfərin motosikletdən açdığı atəş nəticəsində 1 Bəsic üzvü ölüb, 3 nəfər yaralanıb".
Hadisə yerindən qaçan təcavüzkarların axtarıldığını bildirən Sofla hücum edənlərin kimliyi ilə bağlı məlumat verməyib.
Teqlər:
"\u0130randa t\u0259hl\u00fck\u0259sizlik q\u00fcvv\u0259l\u0259rin\u0259 h\u00fccum olub \u00a0\u00f6l\u0259n v\u0259 yaralananlar var"