Menyu

Liviyada daşqın qurbanlarının sayı 11 min 300 nəfərə çatıb

Liviyada daşqın qurbanlarının sayı 11 min 300 nəfərə çatıb

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) selin baş verdiyi Liviyanın Derna şəhərində 11 min 300 nəfərin öldüyünü, 10 mindən çox insanın isə itkin düşdüyünü açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə OCHA-dan yazılı açıqlama verilib. 

Bildirilib ki, Liviyanın şərqində baş verən seldən ən çox zərər çəkən Derna şəhərində vəziyyət olduqca acınacaqlıdır. 

"Dernada indiyədək 11 min 300 adam ölüb, 10 min 100 insan isə itkin düşüb", - açıqlamada qeyd edilib. 

Məlumata görə, hazırda fəlakət yaşanan ərazilərdə yerli və beynəlxalq qrupların xilasetmə işləri davam edir. Məcburi köçkünlərin sayının minlərlə nəfərə çatdığı və onların bir çoxunun məktəbə yerləşdirildiyi, hazırda dəqiq rəqəmin məlum olmadığını qeyd edilib.

Teqlər:

"Liviyada da\u015fq\u0131n qurbanlar\u0131n\u0131n say\u0131 11 min 300 n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər