http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək - İran XİN

18 Sentyabr 2023 , 13:57
Ümidvarıq ki, Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini bərpa edəcək - İran XİN

İran Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcəyinə ümid edir.

"Operativ Media" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Naser Kənani brifinqdə deyib.

O, İran və Azərbaycan XİN rəhbərləri Hüseyn Əmir Abdullahianla Ceyhun Bayramov arasında telefon danışığını və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa prosesini xatırladıb.

"Son 2-3 ay ərzində iki ölkə bir sıra nümayəndə heyəti mübadiləsi aparıb. Bu mübadilələr iki ölkənin xarici işlər nazirləri arasında baş tutmuş telefon danışıqları zamanı və Bakı şəhərində hər hansı rəsmi öhdəlik olmadan keçirilmiş şəxsi görüşdəki müzakirələrdə əldə edilmiş razılaşmalardan sonra baş verib.

Bu razılaşmalara və hər iki ölkənin qarşılıqlı siyasi qətiyyətinə əsaslanaraq, müxtəlif nümayəndə heyətlərinin mübadiləsi keçirilib. İki ölkə arasında çox sayda məsələləri əhatə edən danışıqlar prosesi xüsusən təhlükəsizlik, məhkəmə sistemi və iqtisadiyyat sahələrində müsbət dinamika nümayiş etdirib", - o deyib.

Kənani qeyd edib ki, İran görülən tədbirlər uğurla başa çatdıqdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa olunacağına ümid edir. Bu proses əlverişli və vədverici olaraq nəzərdən keçirilir.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR
Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm

Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm

XƏBƏR LENTİ
  • 11:53

    Ərdoğan Naxçıvana səfər edəcək 
    Ərdoğan Naxçıvana səfər edəcək 
  • 11:41

    Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"
  • 11:20

    Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub
  • 10:58

    Qubada bir neçə obyekt yanıb
  • 10:43

    Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm
  • 10:28

    Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib
  • 10:08

    Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
  • 09:56

    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
    Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib - VİDEO
Menyu