İranla ABŞ arasında məhbus mübadiləsi baş tutub - KİV
İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.
"Operativ Media" xəbər verir ki, bu barədə “ Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.
Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.
Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net