Rusiya Barents Avro-Arktika Şurasından (BEAC) çıxmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Şuranın Qərb üzvlərinin (Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç, Aİ) pozucu hərəkətlərinə görə qurumun fəaliyyəti 2022-ci ilin martından faktiki olaraq iflic olub", - bəyanatda qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun müvafiq mesajı təşkilata üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərinə, Avropa diplomatiyasının rəhbəri Hosep Borrellə, həmçinin Beynəlxalq Barents Katibliyinə göndərilib.