http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Ərdoğan ABŞ-də beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

18 Sentyabr 2023 , 22:19
Ərdoğan ABŞ-də beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün səfər etdiyi Nyu-Yorkda ABŞ-də fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa görüşü keçirib.

"Operativ Media" xəbər verir ki, görüşdə Ərdoğan Türkiyənin gələcək hədəflərindən bəhs edib. 

Ərdoğan Türkiyə Cümhuriyyətinin ikinci əsrinə "Türk Əsri" vizyonu ilə hazırlaşdığını vurğulayıb. O, Türkiyənin məqsədinin qlobal və regional problemlərin həllinə töhfə vermək olduğunu, regionda sülhün, sabitliyin və rifahın bərqərar olması, beynəlxalq sistemdəki ədalətsizliklərin aradan qaldırılması olduğunu qeyd edib.

Rusiya-Ukrayna müharibəsini ədalətli sülhlə bitirmək üçün səy göstərdiklərini ifadə edən prezident Ərdoğan, bütün münaqişə bölgələrində daimi sülhün bərqərar olması və Türkiyənin dostlarının sayını artırmaq məqsədi ilə diplomatiyaya üstünlük verməyə davam edəcəklərini bildirib.

Ərdoğan Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinin canlanması üçün açılan fürsət pəncərəsinə diqqət çəkib. O, konkret olaraq bildirib ki, Avropa İttifaqının bu məsələyə münasibəti həlledici olacaq. Türkiyə prezidenti Türkiyə-ABŞ əlaqələrinin inkişafından məmnunluğunu açıqlayıb. ABŞ prezidenti Bayden iki ölkə arasındakı məsələlərdə zaman-zaman yaranan tıxanmaların çoxunun aradan qaldırıldığını və müsbət gündəmlə təmasları artırmağa qərar verdiyini açıqlayıb.

Ərdoğan başda PKK, FETÖ və İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı ayrı-seçkilik olmadan mübarizə, suriyalı qaçqınların öz ölkələrinə ləyaqətlə qayıtması kimi mövzularda beynəlxalq həmrəyliyin artırılmasının vacibliyini irəli sürüb.

Türkiyə lideri görüşdə beynəlxalq sistemin qaydalara əsaslanan və ədalətli şəkildə islah edilməsinin vacibliyini xüsusilə vurğulayıb. Başda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş olmaqla, bu anlayışı ortaya qoyan bir çox insanın son bəyanatlarını xatırlatdıb.

Ərdoğan bildirib ki, bütün yaşananlar onun, "Dünya beşdən böyükdür, - ifadəsinin təsdiqi deməkdir.

Prezident Ərdoğan İslam düşmənçiliyinin, irqçiliyin və müqəddəs dəyərlərə qarşı hücumların artdığını, ifadə azadlığı zəminində bunlara göz yummağın böyük təhlükə olduğunu da açıqlayıb. O, hər kəsi bu çirkin hadisələrə reaksiya verməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib

Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib

ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib

ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib

Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb

Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb

XƏBƏR LENTİ
  • 12:18

    AFFA "Sabah"ı 3700 manat cərimələdi
  • 12:14

    Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib
    Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib
  • 12:12

    ÜST: EG.5 koronavirus ştammının yoluxma payı dünya üzrə 33 faizə yüksəlib
  • 11:57

    Azərbaycan cəmiyyəti erməni silahlı qüvvələri rəhbərlərinin məsuliyyətə cəlb edilməsini istəyir - SORĞU
  • 11:37

    Nikola Yurçeviçin yeni ünvanı müəyyənləşdi
  • 11:32

    Yunanıstandan Türkiyəyə keçməyə çalışan terrorçular saxlanılıb
  • 11:30

    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
    Prezident İlham Əliyev: Almaniya ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk
  • 11:22

    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
    İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib
Menyu