Menyu

Çin: Rusiya ilə çoxqütblü dünyanın formalaşmasına töhfə verməyə hazırıq

Çin: Rusiya ilə çoxqütblü dünyanın formalaşmasına töhfə verməyə hazırıq

Çinin xarici işlər naziri Vanq Yi Rusiya ilə çoxqütblü dünyanın və daha ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə hazır olduqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi Moskvada görüşüb.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdən əvvəl çıxış edən Vanq bildirib ki, mövcud regional və beynəlxalq vəziyyət daimi təmas və fəaliyyətlərin əlaqələndirilməsini tələb edir.

Rusiya ilə Çin arasında münasibətlərin yüksək dinamikasının iki ölkə liderlərinin sayəsində hər istiqamətdə qorunub saxlanıldığını və inkişaf etdirildiyini qeyd edən Vanq, iki ölkə arasında münasibətlərin “əbədi dostluq”, “hərtərəfli strateji koordinasiya” və “qarşılıqlı faydalı əməkdaşlıq” şəraitində inkişaf etdiyini vurğulayıb.

Vanq deyib: "Çin və Rusiya müstəqil xarici siyasət yürüdürlər. Bizim əməkdaşlığımız heç kimə yönəlməyib və digər ölkələri təsir altında almaq üçün deyil".

Teqlər:

"\u00c7in: Rusiya il\u0259 \u00e7oxq\u00fctbl\u00fc d\u00fcnyan\u0131n formala\u015fmas\u0131na t\u00f6hf\u0259 verm\u0259y\u0259 haz\u0131r\u0131q"

Əlaqəli Xəbərlər