Britaniya: Ukraynadakı münaqişə nüvə silahına çevrilməməlidir
"Ukrayna münaqişəsi nüvə münaqişəsinə çevrilməməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Tarik Əhməd deyib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə son dərəcə ciddi problem olaraq qalır, lakin nüvə böhranı deyil və nüvə böhranına çevrilməməlidir. Eyni zamanda o, Moskvanı Kiyevin müttəfiqlərinin ona kömək etməməsi üçün nüvə ritorikasından istifadə etməkdə ittiham edib.
O xatırladıb ki, münaqişədə kimyəvi, bioloji və ya nüvə silahından istənilən istifadə son dərəcə ciddi nəticələrə gətirib çıxaracaq.
Əhməd, həmçinin Rusiya Federasiyasını vəziyyəti gərginləşdirməyə çağırıb.