Menyu

ABŞ prezidenti Bayden BMT-də islahatlara çağırıb

ABŞ prezidenti Bayden BMT-də islahatlara çağırıb

ABŞ prezidenti Co Bayden ölkəsinin BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı ciddi məsləhətləşmələr apardığını və islahat üçün üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Bayden Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edib. 

Bayden çıxışında ABŞ-nin bütün insanlar üçün daha təhlükəsiz, daha firavan və daha ədalətli bir dünya hədəflədiyini qeyd edib: "Çünki gələcəyimizin sizin gələcəyinizdən asılı olduğunu bilirik. Bir daha təkrar edirəm, biz bilirik ki, bizim gələcəyimiz sizin gələcəyinizdən asılıdır və heç bir xalq təkbaşına bugünkü çağırışların öhdəsindən gələ bilməz".

Beynəlxalq qurumların əhəmiyyətinə işarə edən Bayden, digər tərəfdən, mövcud çətinliklərin öhdəsindən gəlmək üçün bu qurumların yenilənməsinin lazım olduğunu vurğulayıb.

Teqlər:

"AB\u015e prezidenti Bayden BMT-d\u0259 islahatlara \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər