Menyu

İnkişaf etmiş ölkələr iqlim böhranı ilə mübarizəyə milyardlar ayıra bilər

İnkişaf etmiş ölkələr iqlim böhranı ilə mübarizəyə milyardlar ayıra bilər
1 dəq oxu

"İnkişaf etmiş ölkələr bu il ilk dəfə iqlim böhranı ilə mübarizə üçün 100 milyard avro ayıra bilərlər".

"Operativ Media" xəbər verir ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxış edən Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Almaniya ötən il bu məqsədlər üçün maliyyəni üç dəfə - 6 milyard avroya qədər artırıb.

Eyni zamanda, Şolts Dubayda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası konfransında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması üçün çalışacağını vurğulayıb.

 

Gözəl Həşimova

Əlaqəli Xəbərlər