Menyu

Bayden Mərkəzi Asiya liderləri ilə sammit keçirib

Bayden Mərkəzi Asiya liderləri ilə sammit keçirib

ABŞ prezidenti Co Bayden BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında tarixdə ilk dəfə "C5+1" formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.

Bu barədə "Operativ Media" dünya mətbuatına istinadən xəbər verir.

Görüşdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Bayden bildirib ki, ABŞ region üçün təhlükəsizliyin maliyyələşdirilməsi, terrorla mübarizə, iqtisadiyyat, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin gücləndirilməsi və əlillərin hüquqları kimi bir sıra sahələrdə əməkdaşlığı gücləndirməyi planlaşdırır.

Qeyd qeyd edək ki, sammit tarixdə ilk dəfə "C5+1" prezident toplantısı olub və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.

 

Gözəl Həşimova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər