İraqın türkmənlər yaşayan Kərkük şəhərində rəsmi ofislərdəki yazılar və küçədəki lövhələr artıq türkcə yazılacaq. Artıq Kərkük Valiliyi və Vilayət Məclisində türkcə lövhələr asılıb. Bu tətbiq türkcənin rəsmi dil kimi istifadəsində ilk addım olub.
"Operativ Media" xəbər verir ki, bu barədə qərar 2008-ci ildə qəbul edilib. Ancaq qərar yalnız indi qüvvəyə minib. Hazırda Kərkükdə türk dili rəsmi dil kimi istifadə olunur.
Tətbiq Kərkük valisi Rakan Əl-Cuburinin imzaladığı qərarla qüvvəyə minib.
Qərardan sonra Kərkük Valiliyi və Vilayət Məclisində türkcə lövhələr asılıb.
Sentyabrın 18-dən etibarən qüvvəyə minən qərara görə, türk dili bütün əyalətdə rəsmi yazışmalar üçün etibarlı dillərdən biri olacaq. Qərar çərçivəsində şəhərin bütün məktəblərinin lövhələri yenilənəcək.
Lövhələrdə Türkcəyə əlavə olaraq ərəb, kürd və süryani dilləri də istifadə ediləcək.
Qərar bütün Kərkükdə böyük sevinclə qarşılanıb.
Teqlər:
"T\u00fcrk dili K\u0259rk\u00fckd\u0259 r\u0259smi dil elan edilib"