Menyu

Ərdoğan və Cənubi Afrika Respublikasının Prezidenti arasında görüş olub

Ərdoğan və Cənubi Afrika Respublikasının Prezidenti arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının keçirildiyi Nyu-Yorkda Cənubi Afrika Respublikasının Prezidenti Matemala Cyril Ramafosa ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş zamanı Türkiyə ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar, iki ölkəni maraqlandıran regional və qlobal məsələlər müzakirə edilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Teqlər:

"\u018frdo\u011fan v\u0259 C\u0259nubi Afrika Respublikas\u0131n\u0131n Prezidenti aras\u0131nda g\u00f6r\u00fc\u015f olub"

Əlaqəli Xəbərlər