Rumıniyada yol tikintisi zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb
Nərmin Qocamanlı
Rumıniyada yol tikintisi işləri zamanı baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, səlahiyyətlilər partlayışın yerli vaxtla saat 01:00 radələrində ölkənin cənubundakı Valça bölgəsindəki Kalimanesti şəhərində baş verdiyini açıqlayıb.
Yol tikintisi zamanı fəhlələr təbii qaz xəttini zədələyib və baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Hadisə zamanı yaralanan 5 nəfər Adjud qəsəbəsindəki xəstəxanaya aparılıb.
Yanğınsöndürmə işləri zamanı partlayışın baş verdiyi ərazinin bir hissəsi nəqliyyata bağlanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma