ABŞ Kiyevə yeni hərbi yardım paketi ayıracaq
1 dəq oxu
ABŞ administrasiyası Ukraynaya yeni silah paketi, o cümlədən hava hücumundan müdafiə sistemləri ayıracaq.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
"Hava hücumlarından müdafiəyə kömək etmək üçün prezident Co Bayden bu gün mühüm hava hücumundan müdafiə imkanlarını özündə birləşdirən yeni hərbi yardım paketini elan edəcək. Bu yardım Ukraynaya sərt qışdan əvvəl müdafiəsini gücləndirməyə kömək edəcək", - o qeyd edib.
Sallivana görə, ABŞ tərəfi qışda Rusiyanın Ukraynanın ən mühüm infrastrukturuna hücumlarının bərpasını gözləyir.
Sorğu