Menyu

ABŞ: Polşanın Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı bəyanatlarından narahatıq

ABŞ: Polşanın Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı bəyanatlarından narahatıq

"Varşavanın Kiyevə silah tədarükünün dayandırılması ilə bağlı bəyanatları Vaşinqtonda narahatlıq yaradıb, ABŞ Polşa ilə məsləhətləşəcək". 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

"Mən bu gün başlıqları oxuyanda, əlbəttə ki, narahat oldum və bəzi suallar yarandı. Lakin sonradan gördüyüm kimi, Polşa hökumətinin nümayəndəsi dəqiqləşdirdi ki, əslində Polşanın texnika, o cümlədən istehsal etdiyi haubitsalarla təminatı davam edir və Polşa Ukraynaya dəstəyi davam etdirir”, - deyə o bildirib.

"Biz onlarla məsləhətləşmələri davam etdirəcəyik ki, bu məsələlərdə Polşanın mövqeyini tam başa düşək. Amma inanıram ki, Polşa Ukraynanı dəstəkləməyə davam edəcək", - Sullivan əlavə edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər