Menyu

Ukrayna ABŞ-la birgə silah istehsal edəcək

Ukrayna ABŞ-la birgə silah istehsal edəcək

Ukrayna və ABŞ birgə müdafiə ekosistemi yaradacaq və bu sistem çərçivəsində ölkələr lazımi silahları istehsal edə biləcək.

"Operativ Media" nın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.

“Biz çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahlar istehsal etsin. Biz ABŞ-la yeni müdafiə ekosistemi yaratmağa, silah istehsal etməyə, azadlığı gücləndirmək və həyatı qorumaq üçün birlikdə işləməyə hazırlaşırıq”, - deyə Ukrayna lideri bildirib.

Zelenski onu da əlavə edib ki, bu sistem yeni sənaye bazası və iş yerləri yaradacaq.

Teqlər:

"Ukrayna AB\u015e-la birg\u0259 silah istehsal ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər