Menyu

İsveçrədə üz örtüyü taxmaq qadağan olundu

İsveçrədə üz örtüyü taxmaq qadağan olundu
1 dəq oxu

İsveçrə parlamenti müsəlman qadınlar üçün nəzərdə tutulmuş üz örtüyü olan burkanı qadağan edən qanun qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Qəbul edilmiş qanuna əsasən, qadağanın pozulmasına görə 1000 franka qədər (təqribən 1900 manat) cərimə nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin fevralında İsveçrədə ümumxalq səsverməsində əhalinin 51%-i üz örtüyünün qadağan edilməsinə səs verib.

Əlaqəli Xəbərlər