Ağ Ev Ukraynaya ATACMS raketləri verilməsi barədə məlumatları inkar edib - YENİLƏNİB
"ABŞ administrasiyası gələcəkdə ATACMS taktiki raketlərinin Ukraynaya ötürülməsi ehtimalını istisna etmir, lakin Amerika mətbuatında bu cür silahların tezliklə Kiyevə çatdırılması ilə bağlı məlumatların təsdiqi yoxdur".
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.
"Mən sadəcə olaraq ATACMS-ların Ukraynaya ötürülməsi haqqında mövcud xəbərləri təsdiqləmək fikrində deyiləm. ABŞ Prezidenti Co Bayden keçmişdə ATACMS raketlərinin Ukraynaya ötürülməsinin istisna edilmədiyini söyləyib. Ancaq bu mövzuda heç bir yeni məlumat yoxdur", - o qeyd edib.
*** 20:20
"ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya kaset başlıqlı ATACMS taktiki raketlərinin tədarükünə icazə verməyə yaxındır".
"Operativ Media" xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, son günlər bu mövzu ilə bağlı idarələrarası müzakirələrdə irəliləyiş əldə olunub.
"Ağ Evin Milli Təhlükəsizlik Şurasında müzakirələr nazirlik və idarə rəislərinin müavinləri səviyyəsindən birbaşa rəhbərlər səviyyəsinə keçib. Bununla belə, son qərarı Bayden verməli olacaq", - nəşr qeyd edir.
Bir müddət əvvəl Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, Vaşinqton hələlik Kiyevə ATACMS taktiki raketlərini ötürməyəcək, lakin Bayden gələcəkdə belə tədarük imkanlarını nəzərdən keçirəcək.
Teqlər:
"A\u011f Ev Ukraynaya ATACMS raketl\u0259ri verilm\u0259si bar\u0259d\u0259 m\u0259lumatlar\u0131 inkar edib - YEN\u0130L\u018fN\u0130B"