Menyu

Netanyahu: İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır

Netanyahu: İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır

"İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olardı".

"Operativ Media" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu cümə günü BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib.

O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək qərarının düzgünlüyünü bəyan edib və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, münasibətlərin normallaşdırılması təklifi ilə digər ərəb ölkələrinə müraciət edib. Netanyahu xatırladıb ki, 2020-ci ildə ölkəsi ABŞ-nin vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla bir anda barışıb.

“Belə bir sülh ərəb-İsrail münaqişəsinin sona çatmasına böyük töhfə verəcək, digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcək, fələstinlilərlə sülh perspektivlərini gücləndirəcək, yəhudilik və İslam, Qüds məsələsində geniş barışığa kömək edəcək", - deyə İsrail baş naziri qeyd edib.

Teqlər:

"Netanyahu: \u0130srail v\u0259 S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 s\u00fclh\u0259 yax\u0131nd\u0131r"

Əlaqəli Xəbərlər