İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib
İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib, dərinliyi 161 km təşkil edib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Teqlər:
"\u0130ndoneziya sahill\u0259rind\u0259 5 7 bal g\u00fcc\u00fcnd\u0259 z\u0259lz\u0259l\u0259 ba\u015f verib"