Menyu

ABŞ tərəfi nüvə silahına malik ölkələri sınaqlardan əl çəkməyə çağırıb

ABŞ tərəfi nüvə silahına malik ölkələri sınaqlardan əl çəkməyə çağırıb

"Birləşmiş Ştatlar nüvə sınaqlarına moratorium qoyur və digər dövlətləri də bunu təkrarlamağa çağırır". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins BMT Baş Assambleyası çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin (CTBT) qüvvəyə minməsi ilə bağlı keçirilən konfransda deyib.

"CTBT-nin məqsədlərinə uyğun olaraq, Birləşmiş Ştatlar nüvə sınaqlarına moratoriumunu saxlamağa davam edir və bütün nüvə silahına sahib ölkələri oxşar moratorium elan etməyə çağırır", - o qeyd edib.

Cenkins nüvə sınaqlarına nəzarət imkanlarının azaldılması təhlükəsinə də diqqət çəkib və bunun üçün nəzərdə tutulan sistemlərin yenilənməsinə çağırıb: "Beynəlxalq monitorinq sisteminin bir hissəsi olan bir çox texnologiya və avadanlıqlar ömrünün sonuna çatmaq üzrədir. İstifadə olunan avadanlığın bir çox istehsalçıları artıq onu istehsal etmirlər. Sistemin yenilənməsi zamanı əhəmiyyətli xərclərə səbəb olur".

Qeyd edək ki, Birləşmiş Ştatlar CTBT-ni imzalayıb və nüvə sınaqlarına birtərəfli moratorium elan edib, lakin hələlik müqaviləni ratifikasiya etməyib. 


 

Teqlər:

"AB\u015e t\u0259r\u0259fi n\u00fcv\u0259 silah\u0131na malik \u00f6lk\u0259l\u0259ri s\u0131naqlardan \u0259l \u00e7\u0259km\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər