Menyu

İtaliyanın keçmiş prezidenti vəfat edib

İtaliyanın keçmiş prezidenti vəfat edib

İtaliyanın sabiq prezidenti, 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışmış Corcio Napolitano 98 yaşında vəfat edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Müqavimət hərəkatının üzvü, İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti son vaxtlar pisləşib. Son aylarda o, Roma klinikasında xəstə yatıb.

2013-cü ildə Napolitano İtaliya Respublikasının tarixində ikinci dəfə prezident seçilən ilk siyasətçi olub. 2015-ci ildə yaşına görə erkən təqaüdə çıxıb. Həmin vaxt onun 89 yaşı var idi.

Napolitano 2011-ci ildə baş nazir Silvio Berluskoni (1936-2023) vəzifəsindən istefa verərkən hökumət böhranı zamanı dövlət başçısı olub. Prezident daha sonra ölkədəki siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir edən Mario Montinin rəhbərlik etdiyi texniki hökumətin qurulması təklifi ilə çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər