Ana səhifə / Dünya / Kanada Ukraynaya 35 dron verəcək Kanada Ukraynaya 35 dron verəcək 23.09.2023, 11:37 Kanada Ukraynaya yeni hərbi paket ayırıb. "Operativ Media" xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti ilə birgə mətbuat konfransında bildirib. Yeni hərbi yardım paketinə 35 pilotsuz uçuş aparatı (PUA), döyüş sursatı, "Leopard 2" tankları daxildir. Bundan əlavə, Kanada Kiyevə pilotların F-16 qırıcılarında təlim keçməsində və "Leopard 2" tanklarının saxlanmasında kömək göstərəcək. Teqlər: "Kanada Ukraynaya 35 dron ver\u0259c\u0259k"