Kim Çen İn: Çinlə əlaqələrin inkişaf edəcəyinə əminəm
Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn Çin prezidenti Si Tsinpinə mesaj göndərərək, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Mesajda iki partiya və iki ölkə arasında həmrəylik və əməkdaşlığın möhkəmlənəcəyinə və KXDR ilə Çin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin yeni dövrün və müasir dövrün tələblərinə uyğun olaraq davamlı şəkildə inkişaf edəcəyinə əminlik ifadə olunur", - nəşr bildirib.
Bundan əlavə, Kim Çen İn Si Tsinpinə Çin xüsusiyyətlərinə malik sosializmin qurulmasında Çin Partiyasına, hökumətinə və xalqına rəhbərlik etmək kimi məsuliyyətli vəzifəsini yerinə yetirməkdə davamlı uğurlar və möhkəm cansağlığı arzulayıb.