http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

24 Sentyabr 2023 , 11:20
Fransada irqçiliyə və polis zorakılığına qarşı yürüş olub

Fransanın müxtəlif şəhərlərində irqçilik və polis zorakılığına qarşı nümayişlər keçirilib.

"Operativ Media" xəbər verir ki, həmkarlar ittifaqları və siyasi partiyalar da daxil olmaqla 100-dən çox qurumun çağırışı ilə ölkənin müxtəlif şəhərlərində nümayişlər təşkil edilib.

Nümayişlər zamanı fəallar ölkədə irqçilik və polis zorakılığına etiraz ediblər.

Parisdəki Gare du Nord meydanında başlayan nümayiş Klişi meydanında başa çatıb. Minlərlə insanın yürüş etdiyi nümayişə "sarı jiletli" tərəfdarlar, “Yalmaz Fransa” (LFI) partiyasının deputatı Rachel Keke və 2016-cı ildə jandarma maşınənda həlak olan Adama Traorenin bacısı Assa Traore də qatılıb.

Nümayişçilər polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb, həmçinin ictimai azadlıqların qorunmasını tələb ediblər.

Etirazçılar faşizm və polis əleyhinə şüarlar səsləndiriblər.

Nümayişçilər əllərində "Qaçqınlar, müsəlmanlar, qaraçılar və yaşayış icazəsi olmayanlar artıqlıq deyil. Artıq olan irqçilikdir", "İrqçiliyə və polis zorakılığına son qoyun" yazılı plakatlar və Fransada polisin iştirakı ilə baş verən hadisələrdə həyatını itirən vətəndaşların şəkillərini qaldırıblar.

OXŞAR XƏBƏRLƏR
Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq

Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq

Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib

Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib

XƏBƏR LENTİ
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
Menyu