Menyu

Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

Ersin Tatar: "Müstəqillikdən imtina etməyəcəyik"

"Türk xalqının yunanlar qədər adada yaşamaq haqqı var. Kipr türk xalqı 60 ildir ki, böyük ədalətsizliklə üzləşib".

"Operativ Media" xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar deyib. 

Ersin Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasındakı təmasları çərçivəsində adadakı yeni prosesin yalnız hazırkı səviyyədə davam edəcəyini söyləyib: "Bu, hər iki tərəf tərəfindən qəbul edilir. Suverenlik prinsipindən imtina etməyəcəyik".

Quterreşlə görüşündən dərhal sonra danışan Tatar, baş katibə tələbini çatdırıb: "Adadakı tərəflər ŞKTC-nin bərabər iki dövlətli quruluş və suverenlik tələblərini nəzərə alsınlar. Avropa İttifaqına bərabər çıxış, bərpa olunan enerji, qeyri-qanuni miqrasiya və minaların təmizlənməsi kimi məsələlər bərabər hüquqlu zəmində həyata keçirilməlidir". 

Tatar xatırladıb ki, Yunanıstan tərəfinin blokadasına görə hələ də Ercan hava limanına birbaşa uçuşlar bərpa edilmir.

Tatar 78-ci Baş Assambleyadakı çıxışında Kipr türklərinin müstəqilliyini müdafiə edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə edib: "Türkiyə Cümhuriyyətinin səyləri ilə ədalətli mübarizəmizi sona qədər davam etdirməyə çalışırıq".

Rumların türk xalqını assimilyasiya etməyə və Kipri ​​tamamilə yunan adasına çevirməyə çalışdıqlarını ifadə edən Ersin Tatar, Kipr Rum icmasının yaratdığı təcrid vəziyyətini BMT toplantılarında aşaraq səslərini Türkiyə sayəsində eşitdirə bildiklərini bildirib.

Teqlər:

"Ersin Tatar: \"M\u00fcst\u0259qillikd\u0259n imtina etm\u0259y\u0259c\u0259yik\""

Əlaqəli Xəbərlər