Menyu

İsrail terrorçuluqda şübhəli bilinən 8 nəfəri saxlayıb

İsrail terrorçuluqda şübhəli bilinən 8 nəfəri saxlayıb

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki Zeit Universitetinin ərazisində gizlənən, axtarışda olan və tezliklə terror aktı törədə biləcək 8 nəfəri saxlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin bölmələri birgə əməliyyat zamanı Zeit Universitetinin şəhərciyində gizlənən, axtarışda olan 8 şübhəlini saxlayıb. Təhlükəsizlik qüvvələrinə məlum olan məlumata görə, axtarışda olan şübhəlilərin yaxın gələcəkdə terror aktları törədəcəyi gözlənilirdi”, - məlumatda deyilir. 

Mətbuat xidməti əlavə edib ki, saxlanılanların üzərində Həmas terror təşkilatının bayraqları aşkar edilib.

Teqlər:

"\u0130srail terror\u00e7uluqda \u015f\u00fcbh\u0259li bilin\u0259n 8 n\u0259f\u0259ri saxlay\u0131b"

Əlaqəli Xəbərlər