KİV: Yəməndə baş verən partlayışda 4 əsgər ölüb
Yəmənin cənub-qərbində avtomobilin partladılması nəticəsində azı 4 əsgər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Şəbva əyalətində baş verib. Dörd hərbçinin olduğu təcili yardım maşını partladılıb.
"Sky News - Arabia"nın məlumatına görə , partlayış təcili yardıma deyil, hərbi avtomobilə yönəlib. Hücum zamanı 3 əsgər də yaralanıb. Telekanal partlayışın arxasında “Əl-Qaidə” terror qruplaşmasının ola biləcəyini iddia edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net