İranda yüzlərlə insan qum fırtınası səbəbindən xəstəxanaya müraciət edib
İranın cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətində son 5 gündə 2107 nəfər qum və toz fırtınasının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan bölgəsinin fövqəladə hallar rəhbəri Məcid Muhibbi deyib.
"Son 5 gündə Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində baş verən qum və toz fırtınaları səbəbindən xəstəxanalara edən 2 min 107 nəfər müraciət edib. Sistan-Bəlucistanın şimalında 136 nəfər müalicə altındadır", - o bildirib.
Sistan-Bəlucistan Meteorologiya İdarəsinin Baş direktoru Muhsin Haydari 20 sentyabr tarixində havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.
Teqlər:
"\u0130randa y\u00fczl\u0259rl\u0259 insan qum f\u0131rt\u0131nas\u0131 s\u0259b\u0259bind\u0259n x\u0259st\u0259xanaya m\u00fcraci\u0259t edib"